Rusiya qapalı məsləhətləşmələrdə BMT Təhlükəsizlik Şurasının üzvlərini Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşma barədə məlumatlandırıb.

Unikal.org  xəbər verir ki, bu barədə TASS agentliyinə təşkilatdakı mənbə məlumat verib.

"Rusiya bu gün BMT Təhlükəsizlik Şurasında Moskva, Bakı və İrəvan arasında Dağlıq Qarabağda atəşkəsə dair əldə edilən razılaşma barədə danışıb".

Qeyd olunub ki, görüş mətbuata qapalı keçirilib.