“Şimali Kipr Prezidenti Ersin Tatar Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə səfər edəcək”.
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, E.Tatarın bu səfəri Azərbaycana dəstək məqsədlidir.