Ermənistanın xüsusi xidmət orqanı olan Milli Təhlükəsizlik Xidməti müharibə dövründəki itkilərini açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan KİV-ə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 27 sentyabr - 10 noyabr tarixləri arasında Qarabağda bu orqanın 46 əməkdaşı ölüb. 191 əməkdaşı yaralanıb, 2 nəfər isə itkin düşüb.