CNN Türk kanalının müxbiri Fulya Öztürk ölkəsinə qayıdan kimi maraqlı açıqlama verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bərdədə dinc insanların yaşadığı ərazilərə mənfur düşmənin raket hücumundan həyatını itirənləri görən müxbirin sözləri hər kəsi kövrəldib.
"Bərdədə 7 cəsədin arasında canlı yayım etdim, qan iyi məni tutdu. Efir bitəndən sonra bütün Bərdə ağlamaq səsimi, hönkürtümü eşitdi" - deyə Fulya açıqlamasında bildirib.