ABŞ-in Dövlət Katibi Mayk Pompeo Türkiyəyə səfər edib.
Unikal.org xəbər verir ki, onun səfəri dünya turnesi çərçivəsində baş tutub.
Daha öncə yayılan məlumatda bildirilirdi ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonu Ankaraya dəvət edib. Amma o, bu təklifi qəbul etməyib.
Qeyd edək ki, M.Pompeo Fransa, Türkiyə, Gürcüstan, İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb.