Məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətində problem yaranıb.
Unikal.org xəbər verir ki, bu barədə rejissor Mahir Hüseynbəyli "Facebook" hesabında bildirib.
"Dostlarına və Rəmiş sənətini sevənlərə bildirmək istəyirəm ki, sənətkarın vəziyyəti ağırdır. Mənlə heç danışa bilmədi.
" İrana aparmaq istəyirlər , qarın boşluğuna maye yığılır. Ancaq yol bağlı olduguna görə gedə bilmirlər
Həftədə bir dəfə xəstəxanaya gedirlər. Müalicəsi üçün bahalı dərman var, onu vurdururlar. Hazırda nəfəs almaqda da çətinlik çəkir".
Gülayə Mecid