Gürcüstanda son sutkada daha 3 117 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Beləliklə, koronavirusdan 3 638 nəfər sağalaraq evə buraxılıb, 45 pasiyent isə vəfat edib.
Bununla da qonşu ölkədə COVID-19 diaqnozu qoyulan şəxslərin ümumi sayı 85 952-yə çatıb. Onların 68 929-u sağalıb, 778-i isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 2 797, stasionar nəzarətdə 5 662 nəfər saxlanılır. 3 351 nəfər isə xüsusi otellərdə müalicə olunur.