Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer qurumun əsirlərin dəyişdirilməsində iştirak etməyə hazır olduğunu bildirib.

Unikal.org xəbər verir ki, P.Maurer bu barədə "RİA Novosti"yə açıqlamasında deyib.

Komitə prezidenti qeyd edib ki, dünyanın istənilən hərbi münaqişəsində bu, təşkilatın əsas vəzifəsidir.

P.Maurer əlavə edib ki, qurum tərəflər arasında buna uyğun atmosferin formalaşmasına ümid edir. "Beynəlxalq Qırmızı Xaç Komitəsi əsirlərin və girov götürülmüş şəxslərin dəyişdirilməsi ilə bağlı tərəflərin hər ikisi ilə işləyir", - deyə o söyləyib.