Rəsmi Minsk Varşavadan müxalif bloqçunu həbs etməyi tələb edib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, müxalif "Telegram" kanalı olan "NEXTA"nın sahibi və yaradıcısının Polşada olduğu müəyyən olunub. Belarus Baş Prokurorluğu Polşadan kanal sahibinin həbsini istəyir.
Qeyd edək ki, "NEXTA" kanalı Belarusdakı son prezident seçkilərindən sonra etirazların kütləviləşməsində və təşkilində mühüm rol oynayıb. Bundan başqa bu müxalif kanal etirazçı kəsimi ölkə barədə gerçək informasiyalarla təmin edib.