Müxalif Çiçəklənən Ermənistan partiyasını təmsil edən erməni deputat Naira Zöhrabyan istefaya gedəcəyi təqdirdə Nikol Paşinyana ətir və konyak verəcəyini vəd edib.
Unikal.org Ermənistan KİV-ə isinadən xəbər verir ki, N.Zöhrabyan "Qarabağ xilası" üçün Paşinyanın istefasının şərt olduğunu vurğulayıb. Deputatın sözlərinə görə, bu dəqiqə parlamentdə Paşinyanın istefasından başqa heç bir mövzu müzakirə edilə bilməz.
"Qarabağ bəyanatı imzalanandan sonra yalnız konyak və ətirinin oğurlanmasını bildirərkən baş nazirin gözlərində kədər göründü. Nikol Paşinyan, mən sənə ətir və konyak alacağam, təki istefa ver", - deyə deputat bəyan edib.