Azərbaycanlı model V.N. (adı açıqlanmır – red.) İstanbulda fələstinli sevgilisi tərəfindən döyülüb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, fələstinli iş adamı ilə sevgili olan azərbaycanlı model dəfələrlə onun tərəfindən döyülüb. Sözügedən anlar evə quraşdırılmış kameralara da düşüb.
Artıq modelin vəkili Güzidə Şəniz Pekkan məsələ ilə bağlı prokurorluğa şikayət edib.
“Qadın qorxu içində yaşayır. Özünün və övladının həyatına təhlükə var. Zorakılıqla bağlı görüntülər adamın qanını dondurur”, - vəkil bildirib.
Qeyd edək ki, azərbaycanlı modelin burnunun sındığı, bədənində ciddi zədələr olduğu deyilib.