Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabineti tərəfindən yayılıb.
Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.