Venesuela prezidenti Nikolas Maduro özünün telefon nömrəsini paylaşaraq, həmyerlilərindən onu mesencerlərdəki söhbətlərə əlavə etməyə çağırdı.

Unikal.org xəbər verir ki, müvafiq məlumat N.Maduronun "Twitter" səhifəsində yerləşdirilib.

N.Maduro vurğulayıb ki, o, "Telegram" və "WhatsApp"da Venesuela ilə bağlı həqiqət uğrunda mübarizəyə qoşulur: "Bu mənim telefon nömrəmdir - 04262168871, məni öz qruplarınıza əlavə edin".