Cənubi-Şərqi Asiya ölkəsi olan Kambocada koronavirus pandemiyası ortaya çıxandan bəri ilk yoluxma faktları qeydə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Hun Sen açıqlayıb. Ölkə ərazisində 14 yoluxma faktı aşkarlanıb.
İlkin yoluxma faktları paytaxt Pnompen və ölkənin şimal əyalətlərində ortaya çıxıb. Test sayının artırılacağı söylənilib.