Ermənistan Milli Təhlükəsizlik Xidməti partiya sədri ilə bağlı prokurorluğa şikayət edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyanın prokurorluğa verilməsi ilə bağlı ölkənin xüsusi xidmət orqanı müraciət ünvanlayıb. Buna səbəb kimi partiya sədrinin qurum haqqında dezinformasiya və spekulyasiya xarakterli məlumatlar yayması göstərilib.

Son mətbuat konfransındakı çıxışında Milli Təhlükəsizlik Xidmətini tənqid edən partiya sədri əməllərinə davam edəcəyi təqdirdə haqqında digər hüquqi və inzibati tədbirlər görüləcəyi ilə hədələnib.