Gürcüstanda son 24 saat ərzində 3 216 nəfər koronavirusa yoluxub, 37 pasiyent həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.
Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 1135 584-ə çatıb. Onların 113 986-sı sağalıb, 1 267 nəfəri dünyasını dəyişib.
Hazırda 2 104 nəfər karantin rejimində, 6 383 nəfər isə stasionar nəzarətdə saxlanılır.