Belarus Prezidenti Polşaya qarşı ittihamlar səsləndirib.

Unikal.org Belarus KİV-ə istinadən xəbər verir ki, KTMT zirvə toplantısında çıxışı zamanı Aleksandr Lukaşenko Belarusun qonşu ölkəsi Polşanı bir sıra məsələlərdə günahlandırıb.

Lukaşenkonun sözlərinə görə, ölkəsindəki siyasi böhranın və iğtişaşların səbəbi Polşadır. Polşa və digər Baltikyanı ölkələri Belarusda vəziyyəti mürəkkəbləşdirməkdə və rəsmi Minskin daxili işlərinə müdaxilə etməkdə ittiham edib.