Ermənistanda müxalifət ümummilli etiraz mitinqi təşkil etməyi planlaşdırır.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müxalif Çiçəklənən Ermənistan Partiyasından deputat İvetta Tonoyan məlumat verib.

5 dekabrda keçirilməsi planlaşdırılan mitinqin əsas tələbi Paşinyanın istefası olacaq. İ.Tonoyan qeyd edib ki, Xilas Komitəsi yaradılmalı və ölkədəki ağır vəziyyətə təcili müdaxilə edilməlidir.