Ermənistan hökuməti hərbi vəziyyətlə bağlı bir sıra məhdudiyyətləri ləğv edib.

Unikal.org xəbər verir ki, qərara əsasən, ölkədə sərbəst toplaşmaq azadlığı, o cümlədən mitinq keçirməyə icazə verilib.

Bundan başqa, qəzet və nəşrlərin fəaliyyətinə maneə olmayacaq. Ermənistan vətəndaşlarının ölkəni tərk etməsinə icazə verilib.