Türkiyədə son sutka ərzində 193 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 6690 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 14 129, virusa yoluxanlar isə 513 656 nəfərə çatıb.
Türkiyədə indiyədək 414 141 pasiyent (son sutkada 4821 nəfər) sağalaraq evə buraxılıb.