Ermənistan mətbuatı etiraz aksiyaları zamanı polisin vətəndaşlara qarşı aqressiv davranmasının səbəblərini araşdırıb.
Unikal.org xəbər verir ki, "Hraparak" qəzeti bu barədə yazı dərc edib. Qeyd olunur ki, 2018-ci ildə inqilab zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları mitinqçilərə qarşı olduqca mülayim davranırdılar. Paşinyanın hakimiyyətə gələ bilməsinin başlıca səbəblərindən biri də budur.
Lakin hazırki etirazlarda polis əməkdaşlarının etirazçılara qarşı xüsusi qəddarlığı və aqressiv davranışı diqqət çəkir. Məlum olub ki, Ermənistan hakimiyyəti buna görə polislərə il sonunda pul mükafatı və əmək haqqına əlavələr vəd edib. Dövlət büdcəsinin vəsaitlərinin xalqa qarşı belə istifadə olunmasının qəbuledilməz hal olduğu vurğulanıb.