Türkiyənin Qəhrəmanmaraş vilayətində silahlı insident baş verib.
Unikal.org xəbər verir ki, polis əməkdaşları vilayətin Dulkadiroğlu rayonunda bir otelə silahlı hücum olması məlumatı əsasında hadisə yerinə gedib. Oteldəki silahlı şəxslər polisin dayanmaq barədə əmrinə tabe olmayıb, onlara atəş açıblar. Nəticədə 2-si polis əməkdaşı olmaqla 5 nəfər yaralanıb.
Otelə mühasirəyə alınıb, silahlı şəxslərin yaxalanması və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam edir.