Ermənistanın baş naziri Nikol Paşinyan daha bir məmuru vəzifəsindən azad edib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın Sünik əyalətinin qubernatoru Unan Poğosyan istefaya göndərilib. 2018-ci ildəki inqilabdan sonra bu vəzifəni tutan qubernator uzun müddət polis sistemində işləyib. Onun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.
10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistanda kütləvi istefalar və kadr dəyişikliyi dalğası davam etməkdədir. Qeyd edək ki, Sünik əyaləti tarixi Zəngəzur mahalının ərazisində yerləşir.