Ermənsitanda Baş Prokurorluq binasının önündə etiraz aksiyası keçirilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, mitinqçilərin tələbi prokurorluq orqanlarının baş nazir Nikol Paşinyana cinayət işi açması olub.

Mitinqin aparıcısı Milli Gündəm Partiyasının sədri Ara Akopyan olub. O bildirib ki, Nikol Paşinyanın impiçment prosedurlarına başlamaq lazımdır. Paşinyana cinayət işi açılmalı və qanunsuz əməllərinə görə mühakimə olunmalıdır.

Əraziyə polis qüvvələri yeridilib.