“Bu gün Kəlbəcərdəki Alban kilsəsində birinci dəfə şəhidlər üçün dualar oxunur. Bu, bizim birliyimiz deməkdir”.
Unikal.org xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin anım mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, din xadimləri içərisində də şəhidlər var:
“Biz canından, qanından keçən şəhidlərimizi yad edirik. Allah onlara rəhmət eləsin. Biz bu qələbəni onların hesabına qazana bildik”.