Ermənistanda etirazçılar baş nazir Nikol Paşinyan üçün nəhəng həb gətiriblər.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan Respublika Partiyası gənclər təşkilatının aksiyası zamanı etirazçıları həbs edən polis xəstə mitinqçilərdən biri üçün gətirilən dərmanları içəri buraxmayıb.
Buna görə partiya gəncləri yenidən aksiya keçirib və Nikol Paşinyana vermək üçün nəhəng bir həb maketi düzəldiblər. "Paşinyan bunu içsin, sonra xəstə məhbusun müalicəsi üçün dərmanları buraxdırsın", - deyə etirazçılar istehza edib.