Ermənistanda diplomatlar baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bir qrup erməni diplomat birgə bəyanatla çıxış edib.

Bəyanatda Paşinyan və komandasının xarici siyasəti sərt tənqid olunub. Ermənistanın İran, Gürcüstan və Çinlə münasibətlərinin inkişaf etdirilməməsi pislənib. Ölkənin düşdüyü ağır vəziyyətə, müharibə dövründə Ermənistanın beynəlxalq birlikdən dəstək ala bilməməsinə və təklənməsinə görə Paşinyanın məsuliyyət daşıdığı vurğulanan bəyanatda həmçinin onun istefası qəti tələb kimi öz əksini tapıb.