Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 193 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 194 435 nəfər koronavirus testindən keçib, 6903 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 32 736 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı dünənlə müqayisədə azalaraq 5703 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 527 070 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 14 509 nəfəri ölüb.