ABŞ Prezidenti Donald Tramp Somalidən bütün ABŞ hərbi kontingentini çıxarmaq barədə qərar qəbul edib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Trampın qərarına əsasən, ABŞ hərbi kontingenti Somalidən 2021-ci ilin əvvəlində çıxarılmalıdır. Bu kontingentin hərbçilərinin böyük əksəriyyətinin digər ölkələrə yerləşdirilməsi əmr edilib.
Pentaqon yaydığı bəyanatda Trampın qərarının ABŞ-ın Afrikada hərbi mövcudluğunun zəifləməsi anlamına gəlmədiyi bildirilib:
“Bu qərar o deməkdir ki, hərbçilərin bir hissəsi Afrikanın şərqini tərk edə bilərlər. Yerdə qalan qüvvələr Somali ilə qonşu ölkələrdə yerləşəcəklər və onlar Somalidə əməliyyat keçirmək vəziyyətində olacaqlar”.