Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefaya getmək üçün dekabrın 8-ə qədər vaxt verib.

Bu barədə Unikal.org Ermənistan mətbuatına istinadən xəbər verir.

"Biz çərşənbə axşamı - 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq", - deyə "Daşnaksutyun"un rəsmisi İşxan Saqatelyan bu gün Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə deyib.

"Nikol, bu, sənin hökumət bağında son saatlarındır", - Saqatelyan qeyd edib.