Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın sanksiya təhdidlərinə cavab verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, heç bir sanksiyanın Türkiyənin adalar və dənizdəki suverenliyindən imtina etməsinə səbəb ola bilməyəcəyi vurğulanıb.
"Avropanın ərköyün uşağı Yunanıstan maksimalist ve qeyri-qanuni iddialarına söykənərək Türkiyəyə yönəlik Avropa Birliyi sanksiyaları tətbiqini təşviq etməyi hədəfləyir. Heç bir sanksiya Türkiyənin Meis adası və ya 10 dəniz milini əhatə edən hava sahəsindəki suverenliyindən imtina etməsinə əsla nədən olmayacaq. Yunanıstan tez ya da gec Türkiyə ilə şərtsiz dialoqa girməlidir", - deyə Türkiyə XİN-in cavabında bildirilib.