Ermənistanın sabiq prezidenti Levon Ter-Petosyan hakimiyyət uğrunda mübarizənin getdikcə böyüməsindən narahatdır.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki,  Levon Ter-Petosyan mövcud prosesin belə davam etməsinin yalnız Qarabağın deyil, həm də Ermənistan dövlətçiliyinin sonu olacağını bəyan edib.

Ermənistanın ilk prezidenti həmçinin Paşinyan və təhlükənin tam fərqində olan Vazgen Manukyanın hadisələrin gedişatından çəkinmək üçün hər cür səy göstərəcəyinə ümid etdiyini söyləyib.