Dünyada son sutka ərzində koronavirusa 645 mindən çox insan yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sutkalıq hesabatında qeyd olunub.

Belə ki, ötən sutka ərzində 645 231 nəfər koronavirusa yoluxub, 12 242 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 65 257 767-yə, ölənlərin sayı isə 1 513 179-a yüksəlib.