Türkiyə milli helikopter istehsalına başlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, milli müdafiə naziri Hulusi Akar "Gökbey" adlanan ilk yerli helikopterlərin tam seriyalı istehsalına başlanacağını səbirsizliklə gözlədiklərini bəyan edib.

Qeyd edək ki, bu helikopterlərin mühərriki də Türkiyə istehsalı olacaq. "Gökbey" həm hərbi, həm mülki məqsədlərlə istifadə oluna biləcək.