ABŞ-ın Korpus-Kristi şəhərində (Texas ştatı) "Magellan Midstream Partners" şirkətinin zavodu ərazisində yerləşən neft anbarında partlayış olub.

Unikal.org TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində zavodun 7 əməkdaşı xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Partlayışın səbəbi barədə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.