Cari il yanvarın 1-nə olan məlumata görə, Ermənistanın daimi əhalisinin sayı 2 milyon 959,7 min nəfər təşkil edib.

Unikal.org  xəbər verir ki, bu barədə Ermənistanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilib ki, 2019-cu ilin əvvəli ilə müqayisədə ölkə əhalisinin sayı 5,6 min nəfər, yaxud 0,2 faiz azalıb.

Mütəxəssislərin fikrincə, Ermənistan əhalisinin sayı növbəti illərdə daha da azalacaq. Buna səbəb kimi ölkədə yoxsulluğun səviyyəsinin artması və ölkə iqtisadiyyatının çökməsi göstərilir.