Rusiya Prezidenti Vladimir Putin neft və qaz sənayesinin inkişafı ilə bağlı iclas zamanı yaşanan forsmajor vəziyyətə zarafatla reaksiya verib.

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, "SİBUR Holdinq"in direktorlar şurasının sədri Leonid Mixelsonun iclasa gecikdiyi və toplantını çəkən operatorun ştativini itirdiyi məlum olub. Rusiya lideri məsələyə yumorla münasibət bildirib.

"Bizim Mixelsonumuz, sizin də ştativiniz yoxdur. Bunun necə cəfəng vəziyyət olduğunu anlayırsınız. Əvvəlcə Mixelsonu tapmaq lazımdır", - deyə Putin zarafatlaşıb.

Bir qədər sonra Mixelson iclasa qatılıb. Bu zaman Prezident ştativin olmamasına işarə edib: "Biz hətta Mixelsonu da tapdıq, amma siz hələ ştativi tapa bilmədiniz? Bəs iclası indi necə başlayaq?".