ABŞ-da son sutka ərzində 213 875 nəfər yeni növ koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ştatlarda son 24 saatda 2254 nəfər pandemiyanın qurbanı olub.

Ümumilikdə isə indiyədək ABŞ-da 14,5 milyondan çox yoluxma qeydə alınıb, 281 mindən çox pasiyent virusun qurbanı olub. Xəstəliyə qalib gələnlərin sayı 5 milyon nəfərdən artıqdır.