ABŞ Konqresi prezident Donald Trampın Almaniya Federativ Respublikasında yerləşdirilən 12 min ABŞ əsgərini geri çağırmaq barədə qərarını əngəlləmək niyyətindədir.

Unikal.org xəbər verir ki,  ABŞ Ordusunun bölmələri əsasən Bavariya və Baden-Vyurtemberqdə yerləşir.

Hərbçilər yerli infrastrukturdan istifadə edir, barlara, restoranlara gedir, avtomobillərə yanacaq doldurur və s. Hərbi kontingentin azalması yerli əhalinin məşğulluğuna da mənfi təsir göstərəcəkdir.

Qeyd edək ki, hələ cari ilin iyun ayında ABŞ prezidenti Almaniyada yerləşdirilən amerikalı hərbçilərin sayını azaldacağını açıqlamışdı.