Uruqvayın keçmiş prezidenti Tabare Vaskes 80 yaşında vəfat edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının üzvü olduğu “Geniş Cəbhə” siyasi koalisiyası məlumat yayıb.

Onun onkoloji xəstəlikdən öldüyü bildirilib.

Qeyd edək ki, Tabare Vaskes 2005-2010-cu və 2015-2020-ci illərdə Uruqvayın prezidenti olub.