Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın şimal-şərqində 9 PKK-YPG terrorçusunu zərərsizləşdirib.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçular "Sülh bulağı" əməliyyatı keçirilən ərazilərə hücum etməyə cəhd göstəriblər, onlar dərhal aşkar edilərək zərərsizləşdirilib.

PKK terrrorçuları dəqiq zərbələrlə məhv edilib. Hazırda bölgədə anti-terror əməliyyatları davam etdirilir.