Britaniyada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılır.
Unikal.org xəbər verir ki, vaksinasiya tədbirləri ölkənin 50 xəstəxanasında həyata keçiriləcək.
Peyvənd ilk növbədə səhiyyə işçiləri, 80 yaşdan yuxarı şəxslər və qocalar evinin əməkdaşlarına tətbiq olunacaq.
Qeyd edək ki, gələn həftə istifadəyə veriləcək peyvənd dozaları Belçikadan gətirilib.