Venesuelada parlament seçkiləri keçirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hakimiyyət prezident Nikolas Maduroya sadiq qüvvələrin üstünlükdə olduğunu açıqlayıb. Bu qüvvələrin 67.6 faiz səs çoxluğu ilə öndə olduğu bildirilir. Müxalifətin əksər hissəsi seçkiləri boykot edib və nəticələri tanımayacağını elan edib.

Qeyd edək ki, bir müddət öncə Nikolas Maduro müxalifətin parlament seçkilərində qalib gələcəyi təqdirdə istefa verəcəyini bəyan etmişdi.