İndoneziyada təbii fəlakət baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Açe əyalətində yaşanan sel zamanı 226 yaşayış məntəqəsini suyun altında qalıb. Sel nəticəsində su səviyyəsinin bəzi yerlərdə 2 metrə çatdığı bildirilir.
17 648 evin dağıldığı hadisədə insanların çoxu əvvəlcədən evakuasiya olunduğu üçün 2 nəfər həyatını itirib.