İranın cənubunda baş verən daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 950 nəfər xəsarət alıb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2 nəfər Buşəhr əyalətində, 5 nəfər isə Hürmüzqan əyalətində təbii fəlakətin qurbanı olub. 950 nəfər xəsarət alıb, 40 nəfər təxliyə edilib.
Məlumata görə, son günlər Xuzistan, Fars, Buşehr və Hürmüzqan əyalətlərinə leysan yağışlar yağıb.