ABŞ Çinin yüksək vəzifə tutan 12 məmuruna qarşı sanksiya tətbiqini planlaşdırır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifəli şəxslər Honkonqun daxili müstəqilliyinə müdaxilə etməkdə ittiham olunur. Belə ki, Honkonqda parlament seçkiləri zamanı seçilmiş bir neçə müxalif millət vəkili mandatından məhrum edilib.
Sanksiya tətbiq ediləcək şəxslərin hamısının Çin Kommunist Partiyasının üzvü olduğu bildirilir. ABŞ-da yeni administrasiya dönəmində bu məsələyə baxılacağı gözlənilir.