Ermənistanda daha 407 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 142 344 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 18 nəfər artaraq 2 344-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 595-ə yüksəlib. İndiyədək 117 649 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 21 756 aktiv koronavirus xəstəsi var.