İngiltərənin Moley Robotics şirkəti dünyanın ilk robot mətbəxini yaradıb. 

Unikal.org xəbər verir ki, robot tamamilə avtomatlaşdırılıb.

O, yemək bişirir, qab yuyur və digər təmizlik işlərini həyata keçirir. Robot mətbəx satışa çıxarılıb. Qiyməti 248 min funtdur. Artıq robot mətbəx üçün 2 mindən çox potensial alıcı tapılıb. Proqramçılar gələcəkdə robot mətbəxin qiymətini endirməyi planlaşdırırlar.

Robot mətbəxin aşpazı əvəz edə biləcək iki çevik qolu var. O, məşhur aşpaz Tim Andersonun kulinariya üsullarına əsasən yeməklər hazırlamaq üçün proqramlaşdırılıb. Hazırda cihaz 30-a yaxın yemək bişirməyi bacarır.