Rusiyada son bir gündə daha 28 142 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 488 912 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 43 597-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 956 588 nəfər sağalıb.