Belarusda 344 etirazçı həbs olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu gün paytaxt Minskdə keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri 344 mitinqçini saxlayıb. Mitinq polis tərəfindən dağıdılıb. Saxlanılanlar hakimiyyət orqanları ilə razılaşdırılmamış kütləvi açıq hava tədbiri təşkil etməkdə və iştirakda ittiham olunur.

Aksiyanın istefa tələbi ilə keçirildiyi bildirilir. Belarus Daxili İşlər Nazirliyi kütləvi həbslərlə bağlı məlumatı təsdiqləyib.